İnvestisiya şirkəti səhmdarı olan ABB-yə 3 mln. manat divident ödəyəcək

Tarix: 14 May 2026 15:31

“ABB-İnvest” 2025-ci il üzrə səhmdarı olan ABB-yə 3 mln. manat divident ödəyəcək.

“APA-Economics” xəbər verir ki, bunu “ABB-İnvest”in icraçı direktoru Nadir Babazadə deyib.

O bildirib ki, investisiya şirkətinin ötən il üzrə daxili birja dövriyyəsi 25 min əqd üzrə 39 mlrd. manat olub. Şirkətin daxili bazar üzrə payı 50%-i ötüb. Nadir Babazadə həmçinin əlavə edib ki, repo əməliyyaları kəskin artıb.

APA-Economics ABB Invest səhmdar dividend

Xəbər Lenti