Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib

Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib

Tarix: 29 Oct 2026 23:48

Macarıstanın Baş naziri Peter Magyar ölkənin sabiq hökumət başçısı Viktor Orbanın BMT-nin Baş katibi vəzifəsinə mümkün namizədliyi ilə bağlı mediada yayılan müzakirələri kəskin tənqid edib.

APA xəbər verir ki, Magyar bu barədə Praqada Çexiyanın Baş naziri Andrey Babişlə keçirdiyi birgə mətbuat konfransında danışıb.

O, Orbanı “mafioso” adlandıraraq onun BMT-yə rəhbərlik etməməli olduğunu bildirib.

“Keçmiş nazirləri onlara etibar edilmiş sahələri talan etdiklərinə görə həbs olunan, özü isə Macarıstanı Avropanın ən yoxsul və ən korrupsiyalaşmış ölkəsinə çevirən bir şəxsin Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etməməli olduğuna əminəm”, – deyə Madyar iddia edib.

Baş nazir bu fikirləri iki ölkə hökumətlərinin ilk birgə iclasından sonra səsləndirib.

Macarıstan, Peter Madyar, Viktor Orban, BMT, Baş katib, Çexiya, Andrey Babiş, Praqa, siyasət

Qeyd edək ki Orbanın BMT Baş katibi vəzifəsinə namizədliyi barədə məlumatlar mediada müzakirə olunur.

Mənbə: apa.az

Xəbər Lenti