Cümə, 30 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 23:20
Avropa ölkələrinin Ukrayna məsələsi üzrə Rusiya ilə danışıqlar aparacaq vahid nümayəndəni müəyyənləşdirmək cəhdləri fikir ayrılıqlarına səbəb olub.
“The Guardian” qəzetinin yüksəkvəzifəli avropalı diplomata istinadən yaydığı məlumata görə, Avropa liderləri arasında Moskva ilə təmasların hansı formada qurulması məsələsində razılıq yoxdur.
“Ümumilikdə hamı başa düşür ki, Putinlə danışmaq lazımdır. Lakin təmasların qurulması cəhdləri getdikcə xaosu xatırladır”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, həddindən artıq çox Avropa lideri məhz özünün Rusiya Prezidentini danışıqlara razı sala biləcəyinə inanır.
Avropa Rusiya Ukrayna Vladimir Putin The Guardian sülh danışıqları diplomatiya Avropa təhlükəsizliyi
Mənbə: apa.az