Şamaxıda könüllülərin təlim düşərgəsinin açılışı olub - FOTO

Tarix: 09.02.2024 15:14

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı Olimpiya Mərkəzində könüllülərin təlim düşərgəsinin açılış mərasimi olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktor əvəzi Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Yusif Vəliyev, FHN-in şimal-qərb Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Elnur Məhərrəmov, Şamaxı rayon İcra Hakimiyyəti başçısın müavini, rayon Fövqəladə Hallar Komissiyasınıb sədri Hikmət Şikarov iştirak ediblər. Düşərgə ümumilikdə 3 gecə, 4 gün davam edəcək. Düşərgədə könüllük fəaliyyəti haqqında ümumi məlumatlar, fövqəladə hallar zamanı davranış qaydaları, komanda oyunları və stresli şəraitdə fəaliyyətlər haqqında təlimlərə cəlb olunacaq. Eyni zamanda könüllülər fövqəladə hallar zamanı istifadə olunacaq texnikalarla yaxından tanış olacaq, istifadə qaydalarını mənimsəyəcəklər. Bununla yanaşı, təbii fəlakətlərdə insanlara humanitar yardımların göstərilməsi, çadırların qurulması mülki müdafiənin təmin olunması ilə bağlı da təlimlər olacaq. Tədbirdə 42 könüllü iştirak edir.

Xəbər Lenti