Havay adaları yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub

Tarix: 10 Feb 2024 00:59

Havay adaları yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 km cənubda yerləşib.

Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.

Xəbər Lenti