Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 10 Feb 2024 01:32
NATO Kiyevə silah tədarükünün koordinasiyasını öz üzərinə götürmək istəyir.
APA xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukraynaya yardım NATO proqramının hissəsi deyil.
Kiyevlə razılaşmalar təşkilata üzv olan suveren ölkələr tərəfindən həyata keçirilib.
İndi Şimali Atlantika Alyansı Vaşinqtonda mümkün rəhbərlik dəyişikliyi ilə əlaqədar Ukraynaya silah tədarükünü tam şəkildə əlaqələndirmək istəyir.