Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət müəssisələri açılacaq

Tarix: 10.02.2024 11:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılması nəzərdə tutulur.

Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu müəssisələrdə həssas əhali qruplarından olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji və digər xidmətlər göstəriləcək:

"Məqsəd sosial xidmət infrastrukturunun genişləndirilməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır".

"Sosial Xidmətlər Agentliyi tərəfindən bu kateqoriyadan olan şəxslərin ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə müəssisələrdə müvafiq sosial-reabilitasiya və re-inteqrasiya işləri də davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Xəbər Lenti