“Huawei”in Fransadakı ofislərində axtarış aparılıb

Tarix: 11 Feb 2024 02:43

Çinin “Huawei” telekomunikasiya şirkətinin Fransadakı ofislərində axtarış aparılıb.

APA “Le Matin” saytına istinadla xəbər verir ki, şirkət peşə etikasına əməl etməməkdə şübhəli bilinir.

Faktı Fransanın Maliyyə Prokurorluğu araşdırır. Təhqiqatın təfərrüatları barədə məlumat verilmir.

Xəbər Lenti