BMT-nin Fələstin üzrə agentliyi HAMAS-ın tuneli ilə bağlı xəbərlərə cavab verib - YENİLƏNİB

Tarix: 11 Feb 2024 10:11

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi agentliyin Qəzzadakı mənzil-qərargahı altında Həmas tunelinin tapılması ilə bağlı xəbərlərin müstəqil araşdırılmasını xahiş edir.

APA xəbər verir ki, bu təkliflə agentliyin komissarı general Filipp Lazzarini çıxış edib.

Lazzarininin qeyd etdiyi kimi, hazırda bölgədə gərgin döyüşlər olduğundan araşdırma aparmaq çətin olacaq.

HAMAS tunelinin tapılması barədə fevralın 10-da İsrail mətbuatı məlumat yayıb.

***

08:51

HƏMAS Qəzzadakı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Yaxın Şərqdəki qərargahının birbaşa altında yeraltı məlumat mərkəzi yaradıb.

Lent.az “The Times of Israel”ə istinadən xəbər verir ki, yeraltı kompleks İsrail ordusunun əsgərləri tərəfindən aşkar edilib.

Qeyd olunur ki, yeraltı məlumat mərkəzi özünün elektrik yarımstansiyası, akkumulyator blokları və kompüter serverlərini idarə edən HƏMAS terrorçuları üçün yaşayış yerləri ilə təchiz edilib. O, birbaşa BMT agentliyinin binasının altında qurulub.

Xəbər Lenti