Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 11 Feb 2024 17:04
İsrail ordusunun Qəzza zolağında dərinləşən əməliyyatları yəhudi dövlətini anklavda saxlanılan girovların azad edilməsi üçün “real razılaşmaya” yaxınlaşdırır.
APA xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Yoav Qalant ölkənin cənubundakı Julis hərbi bazasında hökumətin iclası zamanı deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu bazada hökumət üzvlərinə hərbçilərin Qəzza zolağında keçirilən əməliyyat zamanı əldə etdikləri tapıntılar təqdim edilib. Onların arasında o cümlədən radikal Fələstinin HAMAS hərəkatının silahlı qruplarının istifadə etdiyi silahlar və müxtəlif sənədlər də var.
"Bu, bizə İsrail ordusunun nə cür kəşfiyyat məlumatlarından istifadə etdiyini göstərir, ancaq bununla kifayətlənmirik. Bu, HƏMAS üçün ən həssas yerlərə nüfuz etdiyimizi göstərir. Biz onların kəşfiyyat məlumatlarından onlara qarşı istifadə edirik. Onların silahlarından onlara qarşı istifadə edirik. Əməliyyatları daha da dərinləşdiririk. Biz girovların qaytarılması ilə bağlı real sövdələşməyə getdikcə yaxınlaşırıq”, - Qalant bildirib.