KİV: Braziliya Qayana ilə sərhəddə əlavə 2 min hərbçi yerləşdirəcək

Tarix: 12 Feb 2024 19:07

Braziliya Silahlı Qüvvələri Qayana ilə sərhəddə əlavə 2 min hərbçi yerləşdirəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, həmin hərbçilər sərhəddə patrul xidmətinə kömək edəcəklər.

Həmçinin əlavə olunub ki, ölkənin şimalında yerləşən Rorayma ştatında motoatıcı və artilleriya bölmələri ilə yanaşı zirehli texnikanın sayı demək olar üç dəfə artırılıb.

Xəbər Lenti