Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 13 Feb 2024 05:30
Finlandiyanın yeni prezidenti Aleksandr Stubb ilk xarici səfərini İsveçə edəcək.
APA xəbər verir ki, bu barədə Stubb bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, ölkəsinin NATO-ya üzv olması ilə bağlı İsveçdə mövcud ictimai müzakirələri sakitləşdirməyə çalışacaq.
“Bizim problemimiz İsveçin problemi olduğu kimi, İsveçin problemi də bizim problemimizdir”.