- Cümə, 10 Yanvar, 2025
Tarix: 13.02.2024 12:09
Bu ilin ilk ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 453 min nəfərə sosial müavinət, 395 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çox olmaqla 90 mln. manat, Prezident təqaüdləri üzrə 4 faiz çox olmaqla 57 mln. manat ödənilib.
2024-cü ilin yanvar ayında 15 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 587 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.