Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz

Tarix: 28 Feb 2026 11:45

ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) silahı yerə qoymağa çağırıb.

APA xəbər verir ki, ABŞ Prezidenti belə olacağı təqdirdə, onlarla ədalətli şəkildə rəftar ediləcəyini bildirib.

“Əks təqdirdə, onlar qəti ölümlə üzləşəcəklər”, - ABŞ lideri vurğulayıb.

Tramp ABŞ qüvvələrinin də itkilərlə üzləşə biləcəyini əlavə edib.

Toğrul Quluzadə Tramp SEPAH

Xəbər Lenti