Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 13 Feb 2024 18:04
Rusiyada "Jermuk" suyunu içən Vladiqafqaz sakini mədəsinin yanması səbəbindən ölüb.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Sergey Menyailo bildirib. Məlumata əsasən, Ermənistan istehsalı "Jermuk" mineral suyu adı altında sirkə içdikdən sonra qida borusunun yanıq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk” ticarət markasının bəzi su partiyalarının satışını dayandırıb.
***
15:07
Rusiya Ermənistan istehsalı "Jermuk" mineral suyunun satışını dayandıracaq.
APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb "Jermuk" suyunu içən Vladiqafqaz sakininin mədəsinin yanması olub.
Məlum olub ki, butulkada suyun əvəzinə sirkə olub.
Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk" ticarət markasının bəzi su partiyalarının satışını dayandırır.
Hacı Cavadov
Fərid Əkbərov