Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 13 Feb 2024 17:59
Türkiyənin Ərzincan vilayətində qızıl mədənində baş verən torpaq sürüşməsi zamanı mədənin 9 işçisi torpaq altında qalıb.
APA NTV-yə istinadən xəbər verir ki, bu barədə Ərzincan bələdiyyə sədri bildirib.
Hazırda ərazidə onların xilas edilməsi istiqamətində iş aparılır.
***
17:27
Türkiyədə qızıl mədənində torpaq sürüşməsi olub.
APA NTV-yə istinadən xəbər verir ki, hadisə Ərzincanda baş verib.
Geniş ərazidəki mədəndə sürüşmə nəticəsində torpaq kütləsinin altında işçilərin qaldığı bildirilir. Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.
https://t.me/apa_az/80990