Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 14:21
İraqda İran tərəfdarı olan silahlı birləşmələrin bazasına hücum edilib.
APA xəbər verir ki, bu barədə anonim mənbələr AFP-yə məlumat verib.
“Kataib Hizbullah”ın 47-ci briqadasının yerləşdiyi obyektə hücum olunub.
İddialara görə, zərbələr nəticəsində azı iki nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücumun kimin tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.
Toğrul Quluzadə İraq İran hücum Hizbullah