Rusiya XİN ABŞ və İsrailin İrana hücumunu qınayıb

Tarix: 28 Feb 2026 15:36

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı hücumunu qınayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər bəyanat yayıb.

Bildirilib ki, BMT və AEBA rəhbərliyi də daxil olmaqla, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə sülhü, sabitliyi və təhlükəsizliyi pozmağa yönəlmiş bu hərəkətləri dərhal və obyektiv şəkildə qiymətləndirməlidir.

“Vaşinqton və Təl-Əviv bir daha təhlükəli bir macəraya başlayıblar ki, bu da regionu humanitar, iqtisadi və ehtimal ki, radioloji fəlakətə yaxınlaşdırıb. Biz dərhal siyasi və diplomatik həll yoluna qayıtmağı tələb edirik. Rusiya əvvəlki kimi, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan dinc həll yollarının axtarışını asanlaşdırmağa hazırdır”, - bəyanatda deyilir.

Fərid Əkbərov Rusiya XİN bəyanat Yaxın Şərq BMT AEBA Vaşinqton Təl-Əviv

Xəbər Lenti