Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 15:34
Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında bildirilib.
Səfirlik İrandan çıxış üçün optimal marşrutların Astaradan Azərbaycana və Nurduz/Aqarak məntəqəsindən Ermənistana keçmək olduğunu bildirib.
“Səyahət edərkən diqqətli və sayıq olmağınızı tövsiyə edirik”, - bəyanatda qeyd olunub.
Nəzərə çatdırılıb ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan hakimiyyət orqanlarından lazımi icazənin alınması tələb olunur.
Fərid Əkbərov Rusiya XİN Azərbaycan