Aİ liderləri Yaxın Şərqdə yaranmış vəziyyətdən narahatdır

Tarix: 28 Feb 2026 15:04

Aİ liderləri İrandakı hadisələrdən narahatdır.

APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasının Prezidenti Antonio Koşta yaranmış vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Aİ liderləri bütün tərəfləri təmkinli olmağa, mülki şəxsləri qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə “X” hesabında hadisələrə münasibət bildirərkən, blokun ərəb ölkələri ilə koordinasiyada olduğunu və diplomatik həll yolları axtardığını qeyd edib.

“Konsul şəbəkəmiz Aİ vətəndaşlarının regiondan çıxmasını asanlaşdırmaq üçün tam gücü ilə çalışır. Fəaliyyəti zəruri olmayan blok rəsmiləri regiondan çıxarılır”, - Kallas vurğulayıb.

Toğrul Quluzadə Aİ İran Kallas Koşta Ursula von der Leyen

Xəbər Lenti