Hakan Fidan ABŞ-İran gərginliyini Yaxın Şərqdəki həmkarları ilə müzakirə edib

Tarix: 28 Feb 2026 16:41

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hakan Fidan Abbas Əraqçi ilə yanaşı, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir və İndoneziyanın xarici işlər nazirləri ilə də telefon danışığı aparıb.

O, ABŞ–İran gərginliyini müzakirə edib, hücumların dayandırılması məqsədilə atıla biləcək addımlar nəzərdən keçirilib.

Dəryanur Cəfərova Türkiyənin xarici işlər naziri Hakan Fidan Abbas Əraqçi ABŞ-İran müharibəsi

Xəbər Lenti