Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 16:24
Omanın xarici işlər naziri Bədr əl-Busəidi İranda baş verən hadisələrdən narahatlığını ifadə edib.
APA xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.
O, baş verənlərə görə məyus olduğunu qeyd edib. XİN rəhbərinin sözlərinə görə, aktiv və ciddi danışıqlar prosesinə zərbə dəyib.
Əl-Busəidi ABŞ-ı müharibəyə daha çox müdaxilə etməməyə çağırıb. O qeyd edib ki, bu, ABŞ-ın müharibəsi deyil.
“Nə ABŞ-ın maraqları, nə də qlobal sülh bu hadisədən fayda görəcək. Əzab çəkəcək günahsız insanlar üçün dua edirəm", - XİN rəhbəri əlavə edib.
Toğrul Quluzadə Oman İran ABŞ