İran XİN rəhbəri: Bir-iki komandirimizi itirmiş ola bilərik, amma bütün rəsmilər sağ-salamatdır

Tarix: 28 Feb 2026 18:17

Demək olar ki, bütün rəsmilər sağ və salamatdır.

APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a deyib.

Əraqçi İran ordusunun bir və ya iki komandirini itirmiş ola biləcəyini deyib və əlavə edib ki, bu, böyük problem deyil.

“Onlar bizə hücum edərkən sadəcə oturub seyr edə bilmərik. Biz də özünü müdafiə məqsədilə Amerika bazalarına zərbələr endiririk”, - XİN rəhbəri vurğulayıb.

O, ABŞ administrasiyasının niyə danışıqlara başlamaqda israr etdiyini və sonra İrana hücum etdiyini anlamadığını qeyd edib.

“Ola bilsin ki, Birləşmiş Ştatları bu münaqişəyə öz maraqları naminə başqa qüvvələr cəlb edib”, - Əraqçi vurğulayıb.

İran xarici işlər naziri Abbas Əraqçi rəsmilər komandir

Xəbər Lenti