Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 18:14
SEPAH tərəfindən Qətərdəki ABŞ hərbi bazasında edilən dron hücumunda ABŞ-a məxsus AN/FPS-132 (FP-132) erkən xəbərdarlıq radarı məhv edilib.
APA xəbər verir ki, Qətər Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, sözügedən radar ABŞ-ın raketdən müdafiə şəbəkəsinin bir hissəsidir və Əl-Üdeyd aviabazasında yerləşir. O, uzaqmənzilli raket buraxılışlarını aşkar etmək və izləmək üçün nəzərdə tutulub. Radarın qiymətinin 1.1 milyard dollar olduğu ehtimal edilir.
Toğrul Quluzadə Qətər ABŞ radar məhv İran dron hücumu