Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var

Tarix: 13 Feb 2024 22:24

Rusiyada yaşayış binasında güclü yanğın olub.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Krasnodar diyarının Anapa şəhərindəki onbirmərtəbəli binada baş verib.

Binadan112-si uşaq olmaqla 440 nəfər təxliyə olunub.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

Xəbər Lenti