Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 14 Feb 2024 05:05
İranda magistral qaz kəmərində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Hadisə Bürucin şəhərində baş verib
Qeyd olunub ki, partlayışdan sonra yanğın başlayıb, xəsarət alanlar barədə isə məlumat verilmir.
Bürucin şəhərinin meri qazın verilişinin dayandırıldığını bildirib.
Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir.