, 1 Mart, 2026
Tarix: 01 Mar 2026 08:28
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin ölümünün qisasını alacağına söz verib.
APA xəbər verir ki, bu barədə SEPAH-ın məsələ ilə bağlı yaydığı xüsusi bəyanatında deyilir.
"Biz İranın Ali Rəhbərinin qisasını onu öldürənlərdən alacağıq. İran silahlı qüvvələri öz liderinin yolunu davam etdirəcək və İslam Respublikasına hücum edənləri cəzalandıracaq", - bəyanatda deyilir.