Doha və Manamada partlayış səsləri eşidilib, Dubay və Dukm ticarət limanında xəsarət alanlar var - YENİLƏNİB-2

Tarix: 01 Mar 2026 12:26

Omanın Dukm ticarət limanı iki pilotsuz uçuş aparatı hücumuna məruz qalıb, nəticədə bir xarici ölkə vətəndaşı olan işçi xəsarət alıb.

APA xəbərt verir ki, bu barədə Oman Dövlət Xəbər Agentliyi məlumat yayıb.

Digər PUA-nın qalıqları yanacaq anbarlarının ərazisinə düşüb.

***

saat 11.39

İranın Dubaya pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Dubayın mətbuat ofisi məlumat yayıb.

Qeyd edilib ki, PUA qalıqlarının düşməsi nəticəsində 2 nəfər yaralanıb.

***

saat 10.29

Dubayda ikinci dəfə partlayış səsləri eşidilib.

APA xəbər verir ki, bu barədə Agence France-Presse” (AFP) məlumat yayıb.

Bundan əvvəl Dubay, Doha və Manamada partlayış səsləri eşidilib.

***

saat 08.58

Bu gün səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir neçə partlayış səsi eşidilib.

APA xəbər verir ki, bu barədə “Reuters” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada da partlayışlar qeydə alınıb.

Dubay Doha Manama partlayış

Xəbər Lenti