Çin ordusuna məxsus 14 PUA Tayvana yaxınlaşıb

Tarix: 14 Feb 2024 11:21

Çin Silahlı Qüvvələrinə məxsus 14 pilotsuz uçuş aparatı (PUA) Tayvan adasına yaxınlaşıb.

APA xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 14 uçuş aparatından 9-u Tayvan boğazının median xəttini keçərək adanın şimal və cənub-qərb hissələrində hava hücumundan müdafiə sistemlərinin radar zonasına daxil olub.

Uçuş aparatları arasında J-16 qırıcıları, Y-8 təyyarələri və digər PUA-ların olduğu barədə məlumat da əlavə edilib.

Xəbər Lenti