, 1 Mart, 2026
Tarix: 01 Mar 2026 12:58
Oman sahillərində neft tankerinə hücum edilib, 4 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Oman Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Palau bayrağı altında fəaliyyət göstərən “Skylight” tanker beş dəniz mili məsafədə Musandam yaxınlığında hücuma məruz qalıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Bildirilib ki, tankerin 20 nəfərlik heyəti təxliyə edilib.
Oman neft tankeri