, 1 Mart, 2026
Tarix: 01 Mar 2026 14:09
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib.
APA-nın İran mediasına istinadən xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.
Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib.
Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.