Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 14 Feb 2024 12:03
Ukrayna Qara dənizdə Rusiya donanmasına məxsus desant gəmisinə dron zərbəsi endirib.
APA "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna KİV-i Krımın cənub sahillərində üzən gəmidən tüstü qalxmasını, həmçinin dəniz üzərində uçan helikopterlərin əks olunduğu görüntülər paylaşıb.
Ukraynalı deputat Aleksey Qonçarenko USQ tərəfindən hədəfə alınmış gəminin Rusiyanın 2008-ci ildə Gürcüstandakı hərbi əməliyyatlarında iştirak etmiş "Sezar Kunikov" desant gəmisi olduğunu bildirib.
Ukrayna ordusunun Baş Qərargahı Rusiya hərbi gəmisinin vurulması faktını təsdiqləyib.
Ukrayna Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə açıqlamasında hərbi gəmiyə hücum zamanı "Magura" suüstü dronlarından istifadə edildiyini və gəminin təmiredilməz hala salındığını bildirib.