İsrail Tehrana hava zərbəsi endirir - VİDEO - YENİLƏNİB-1

Tarix: 01 Mar 2026 15:52

İsrail Ordusu Tehrana hava zərbələri endirir.

APA xəbər verir ki, İsrail Ordusunun mətbuat xidməti Tehrana hava zərbəsinin görüntüsünü yayıb.

https://t.me/apa_az/114376

***

saat 12.40

İsrail Hərbi Hava Qüvvələri Tehrana genişmiqyaslı hava zərbələri endirir.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində rejiminin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirir.

Bildirilib ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri bir sıra zərbələr endirib, məqsəd “hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq”dır.

***

saat 12.34

İsrail Ordusu İrana qarşı son hücumlarının başlamasından bəri ilk dəfə Tehrana hava zərbəsi endirib.

APA-nın Əl Cəzirəyə istuadən verdiyi xəbərə görə, hədəflərin hökumət obyektləri olduğu bildirilir.

https://t.me/apa_az/114376

İsrail Tehran hava zərbəsi

Xəbər Lenti