Merz: ABŞ və İsrailin zərbələri Almaniyanı hüquqi dilemma qarşısında qoyub

Tarix: 01 Mar 2026 20:41

Almaniya kansleri Fridrix Merz ABŞ və İsrailin İrana endirdiyi zərbələrin beynəlxalq hüquqa uyğunluğu baxımından Berlin üçün dilemma yaratdığını bildirib.

APA xəbər verir ki, kansler bu barədə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, son onilliklərdə İranla bağlı beynəlxalq hüquqa uyğun atılan addımlar istənilən nəticəni verməyib.

Kansler həmçinin vurğulayıb ki, beynəlxalq hüququn indiyədək qüvvədə olan qaydalarına riayət getdikcə azalır və münaqişə xətləri daha da qeyri-müəyyənləşir.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatı risklərdən kənar deyil və mümkün nəticələri hələ proqnozlaşdırmaq çətindir.

Xəbər Lenti