İran dronları Əbu-Dabidə hərbi bazaya hücum edib

Tarix: 01 Mar 2026 20:29

İran tərəfindən buraxılan iki pilotsuz uçuş aparatı Əbu-Dabidə yerləşən Əs-Salam hərbi bazasına hücum edib. APA xəbər verir ki,bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, insident Əs-Salam dəniz hərbi bazasında yerləşən anbarlardan birinə edilən hücum nəticəsində ümumi təyinatlı materialların saxlanıldığı iki konteynerdə yanğın baş verib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

Xəbər Lenti