, 1 Mart, 2026
Tarix: 01 Mar 2026 21:23
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bir neçə ay ərzində İranın yüksək vəzifəli siyasi rəhbərlərinin, o cümlədən ali lider Əli Xameneinin hərəkətlərini izləyib. APA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əldə olunan kəşfiyyat məlumatları İsrail tərəfinə ötürülüb.
Agentliyin yazdığına görə, bu məlumatlar əsasında mümkün zərbələrin vaxtı dəqiqləşdirilib və planlara düzəlişlər edilib.