, 1 Mart, 2026
Tarix: 01 Mar 2026 20:57
Tehran fond birjasında bütün maliyyə əməliyyatları hərbi əməliyyatlar fonunda martın 7-dək dayandırılıb. APA xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Məlumata görə, martın 2-dən başlayaraq ölkədə 7 günlük ümummilli istirahət elan edilib. Bu səbəbdən həftənin sonunadək, eləcə də martın 16-da şənbə günü səhmlərlə ticarət, əmtəə birjasında əməliyyatlar və birja investisiya fondları üzrə sövdələşmələr dayandırılacaq.