Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 01:16
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi regionda davam edən gərginlik fonunda İranla həmsərhəd ölkələrə girişlə bağlı səyahət tövsiyələrini yeniləyib.
APA xəbər verir ki, yenilənmiş tövsiyələr Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyəyə şamil edilib. Rəsmi məlumatda bildirilir ki, İranın qonşu ölkələrlə sərhədlərində xarici vətəndaşlar üçün məhdudiyyətlər tətbiq oluna və sərhəd-keçid məntəqələri qısa müddətdə bağlana bilər.
İranda olan və quru sərhədi vasitəsilə ölkəni tərk etməyi planlaşdıran şəxslərə sərhədə yollanmadan əvvəl daxil olacaqları ölkənin aktual səyahət tövsiyələrini, o cümlədən viza tələblərini yoxlamaq tövsiyə olunub.
Qeyd olunub ki, səyahət tövsiyələri Böyük Britaniya vətəndaşları üçün risklərin qiymətləndirilməsinə uyğun olaraq mütəmadi şəkildə yenilənir.