İsrail hökuməti fövqəladə vəziyyət rejimini martın 12-dək uzadıb

Tarix: 02 Mar 2026 01:01

İsraildə fövqəladə vəziyyət rejimi martın 12-dək uzadılıb.

APA xəbər verir ki, bu barədə “Chanel 12” telekanalı məlumat yayıb.

Fevralın 28-də İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatın ilk saatlarında ölkədə fövqəladə vəziyyət elan olunub. Hərbi kampaniya martın 12-dək başa çatarsa, fövqəladə vəziyyət rejimi daha tez ləğv edilə bilər. Lakin əməliyyatlar həmin tarixədək yekunlaşmazsa, müddətin yenidən uzadılması mümkündür.

Xəbər Lenti