Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 01:48
Böyük Britaniya ABŞ-ın İrandakı raket anbarlarına zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə ilə bağlı müraciətini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer “X” hesabında bildirib.
Onun sözlərinə görə, raket təhlükəsinin qarşısını almağın yeganə yolu onların saxlanıldığı anbarların və buraxılış qurğularının məhv edilməsidir.
“ABŞ konkret və məhdud müdafiə məqsədi ilə Britaniya bazalarından istifadə üçün icazə istədi. Biz İranın regiona raket buraxmasının qarşısını almaq üçün bu müraciəti təsdiqlədik”, – deyə Starmer qeyd edib.
Baş nazir əlavə edib ki, Böyük Britaniya ABŞ-ın hücum əməliyyatlarına qoşulmayacaq:
“Biz İrana qarşı ilkin zərbələrdə iştirak etməmişik və indi də hücum xarakterli əməliyyatlara qoşulmayacağıq.”