Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 14 Feb 2024 16:16
Cari ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 523,1 mln. manat həcmində vəsait yönəldilib.
Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 44,5% artıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.