Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 14 Feb 2024 16:12
Böyük Britaniya və ABŞ qüvvələri husilərin mövqelərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya və ABŞ qüvvələri husilərin hədəflərinə iki yeni zərbə endirib. Zərbələrin Əl-Hodeyda əyalətindəki Əl-Cabban ərazisinə endirildiyi bildirilib.