Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 06:15
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin praqmatik mövqe nümayiş etdirəcəyi təqdirdə sanksiyaların ləğv oluna biləcəyini bildirib.
APA xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
“Lakin mən heç bir istiqamətdə öhdəlik götürmürəm. Bunun üçün hələ çox tezdir”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton qarşısına qoyduğu işi “çox yaxşı yerinə yetirir” və proses planlaşdırılandan daha sürətli irəliləyir.