ABŞ-da Kapitoli ətrafında təhlükəsizlik gücləndirilir

Tarix: 02 Mar 2026 07:19

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyat fonunda mümkün terror təhlükəsi səbəbindən Konqres binası – Kapitoli ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə “Fox News” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yerli vaxtla axşamdan etibarən və sabah ərzində Kapitoli ərazisində “gücləndirilmiş təhlükəsizlik tədbirləri” tətbiq olunacaq.

Xəbər Lenti