- Cümə, 10 Yanvar, 2025
Tarix: 14.02.2024 17:15
Bakı şəhəri 249 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə töhmət verilib.
Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25.01.2024-cü il) araşdırma aparılıb.
Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub:
"Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, müəllimə töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib".