Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 14 Feb 2024 19:11
İsrailin Qəzzaya hücumları nəticəsində 28 mindən çox fələstinli həyatını itirib, 70 minə yaxın insan isə yaralanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Qəzzada atəşkəsə nail olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyədək Qəzzaya 34 min tondan çox yardım göndərib”.
Ərdoğan, həmçinin başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.