Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 19:10
Yaxın Şərqdəki əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 18-ə çatıb.
APA xəbər verir ki, bu barədə CNN ABŞ Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Pentaqonun rəsmən etiraf etdiyi dörd hərbçinin hamısı İranın Küveytə hücumu nəticəsində həlak olub.
***
16:37
ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlarda həlak olan hərbçilərinin sayı 4-ə çatıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Ağır yaralanan dördüncü hərbçimiz həlak olub. Döyüş əməliyyatları və cavab zərbələrimiz davam edir”, - məlumatda qeyd olunub.
Toğrul Quluzadə ABŞ İran hərbçi ölü sayı CENTCOM