İsrailin Nəbatiyyəni dronla vurub, dörd livanlı həlak olub

Tarix: 15 Feb 2024 02:50

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatı ilə Livanın cənubundakı Nəbatiyyə şəhərini vurub.

APA xəbər verir ki, bnu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 10-u yaralanıb.

Zərbə Meslaç yaşayış massivindəki üçmərtəbəli evə tuş gəlib.

Partlayış qonşu binalara və küçədə dayanmış avtomobillərə ziyan vurub.

Eyniadlı vilayətin inzibati mərkəzi olan Nəbatiyyənin 120 min nəfər əhalisi var.

,

Xəbər Lenti