Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 11:31
Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.
O bildirib ki, müasir dövrdə layihələr innovativ olmalı, ideyalar isə innovasiyaya çevrilməlidir: “İnkişaf etmiş ölkələr məhz innovasiya cəmiyyəti formalaşdıraraq bu mərhələyə yüksəliblər. Hazırda müasir texnologiyaları inkişaf etdirən dövlətlər texnoloji sistemin beşinci səviyyəsindədirlər. Altıncı mərhələnin isə 2035–2045-ci illəri əhatə edəcəyi proqnozlaşdırılır. Həmin dövrdə hansı yeniliklərin baş verəcəyini dəqiq söyləmək çətindir. Lakin ABŞ, Çin və Cənubi Koreya kimi ölkələr artıq bu sistemə yaxınlaşırlar və proses əsasən süni intellekt üzərində qurulub”.
Nazir müavini qeyd edib ki, gələcəyin əsas istiqaməti insansız, robotlaşdırılmış sistemlər və süni intellekt texnologiyaları ilə bağlıdır: “Hazırda dünyada 4 milyondan çox robot fəaliyyət göstərir və ən yüksək göstərici Cənubi Koreyadadır. Dünya sürətlə bu istiqamətdə irəliləyir. Süni intellekt insanlara doğru yolu göstərən müsbət bir vasitədir. Lakin ondan düzgün nəticə almaq üçün doğru sual vermək vacibdir. Çünki düzgün sual düzgün cavabın əsasını təşkil edir”.
Firudin Qurbanov bildirib ki, gələcəkdə tədris sistemində süni intellektlə bağlı proqram və ixtisaslar yer alacaq.
Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Firudin Qurbanov məzun iş süni intellekt