Daha bir avtobus nağdsız ödəniş sisteminə keçir

Tarix: 15 Feb 2024 16:02

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən xəbərə görə, fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Xəbər Lenti